
Bu gün Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbsindən 1 il ötür.
Gununsesi.info-nun xəbərinə görə, əvvəlcə ötən ilin bu gün DSX-nin polkovnik-leytenantı Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında məhkəməyə şikayətinə əsasən Əli Əliyev 5 ay azadlıqdan məhrum edilib.
Sonradan isə Əli Əliyevə qarşı daha 3 iş üzrə ittiham elan olunub və həbs müddəti artırlıb.
Qeyd edək ki, Əli Əliyevə sonuncu ittiham onun həbsxana yoldaşına xəsarət yetirməsi barədə olub. Partiya sədri bu ittihamı rədd edərək, bildirib ki, onun həbs müddətini artırmaq üçün yeni qurama iş açılıb.
Yerli və beynəlxalq insan haqları təşkilatları hökumətdən Əli Əliyevi azad etməyi tələb edib.
Əli Əliyev Azərbaycanda 1 il ərzində 4 dəfə mühakimə olunan siyasətçi kimi tarixə düşüb.
Mais