Rusiyalı sahibkarlar Azərbaycana biznes qurmaq üçün gələcəklər

Rusiyalı sahibkarlar Azərbaycana biznes qurmaq üçün gələcəklər

Azərbaycan yenə rusiyalı sahibkarların diqqət mərkəzindədir. Belə ki, ölkəmiz Moskva İxrac Mərkəzinin yeni layihəsinə salınıb.

“TASS”ın məlumatına görə Mərkəz 2020-ci ildə moskvalı sahibkarlar üçün xarici ölkələrə ödənişsiz səfərlər təşkil edəcək.

“Moskva İxrac Mərkəzi 2020-ci ildə paytaxt şirkətlərinin nümayəndələri üçün xaricə 13 ezamiyyət təşkil etməyi planlaşdırır. Moskva iş adamları Avropa, Asiya, Afrika və Yaxın Şərq ölkələrini ziyarət edə biləcəklər”, – deyə qurumun saytında bildirilir.

Xəbər oxu.az saytında dərc edilib.

Gununsesi.org

COMMENTS