Bu ştatda da narkotik qadağası götürüldü

Bu ştatda da narkotik qadağası götürüldü

Bu gündən ABŞ-ın İllinoys ştatında narkotikin istifadəsinə qadağa olmayacaq.

Gununsesi.org-un verdiyi xəbərə görə, artıq ştatın 21 yaşına çatmış hər bir vətəndaşı narkotik məhsulu satın ala biləcək.

Digər ştatlardan gələnlər isə yerli sakinlərlə müqayisədə məhsuldan iki dəfə az istifadə edə biləcəklər.

İstehsalçılar və satıcılar bildiriblər ki, ilk gündən narkotikin kütləvi alışına nəzarət ediləcək.

Məhsul dərman vasitəsi olaraq kimyaterapiya zamanı ürəkbulanmaya qarşı, SPİD zamanı iştahartırıcı vasitə kimi, eyni zamanda xroniki əzələ ağrılarında istifadə edilir.

Gununsesi.org

COMMENTS