Roma Papası Fransisk Yeni il şənliyi ilə əlaqədar Romanın Müqəddəs Petr meydanında toplaşan katoliklərlə görüşü zamanı bir qadının əlinə zərbə vurması ilə əlaqədar üzr istəyib.
Gununsesi.org-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Papa Fransisk deyib ki, dözümlülük sevgidir.
Müqəddəs Petr meydanında Yeni illə bağlı katoliklərə müraciət edən Roma Papası bildirib ki, bəzən dözümü itiririk: “Dünən də mən dözümü itirmişdim. Buna görə də mən dünənki pis nümunəyə görə üzr istəyirəm”.
Gununsesi.org
COMMENTS