Əli Məsimlinin namizədliyi qeydə alındı

Əli Məsimlinin namizədliyi qeydə alındı

Bitərəf millət vəkili və 4-cü dəfə seçkilərə qatılan sabiq birinci vitse-premyer, tanınmış iqtisadçı Əli Məsimlinin deputatlığa namizədliyi qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, bu haqda millət vəkilinin özü məlumat verib.

Qeyd edib ki, onun namizədliyi 114 saylı Şəki kənd birinci Seçki Dairəsi tərəfindən qeydə alınıb.

Xatırladaq ki, Əli Məsimli 2005-ci ildən-3-cü çağırışdan bu yana parlamentin üzvüdür və hazırda da Şəkini parlamentdə təmsil edən 3 millət vəkilindən biridir.

O, növbəti dəfə təmsilçisi olduğu dairədən seçkilərə qatılıb və namizəd kimi qeydə alınıb.

Onu da qeyd edək ki, Əli Məsimli Fazil Mustafadan sonra deputatlığa namizəd kimi qeydə alınan ikinci millət vəkilidir.

 

 

Gununsesi.org

COMMENTS