
Rusiya dövlət ittihamçıları vətənə xəyanətdə ittiham olunan jurnalist İvan Safronova 24 il həbs cəzası istəyiblər.
Gununsesi.info xəbər verir ki, növbəti məhkəmə sentyabrın 5-də keçiriləcək.
Safronov 2020-ci ilin iyulunda həbs edilib. Əvvələr “Vedomosti” və “Kommersant” qəzetlərində hərbi məsələlər barədə yazan jurnalist həbs edilməzdən iki ay əvvəl Rusiyanın Kosmik Agentliyinin rəhbərinin köməkçisi təyin edilib.
O, 2017-ci ildə müxbir kimi çalışarkən NATO üzvü olan Çexiyaya Rusiyanın Yaxın Şərq və Afrikada silah satışı ilə bağlı hərbi sirləri ötürməkdə ittiham edilir. Jurnalist bildirir ki, onun təqdim etdiyi məlumatlar tamamilə açıq mənbələrə əsaslanıb.
Gununsesi.info