
Sumqayıt şəhərində hoteldə partlayış olub.
Gununsesi.info xəbər verir ki, hadisə SunSet” hotelində qeydə alınıb.
İlkin məlumata görə, hotelin qazanxanasında anidən partlayış baş verib və 3 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda nazirliyin əməkdaşları əraziyə cəlb edilib: “Yanğın baş verməyib, ilkin məlumata görə qazanxanada partlayış olub”.
Gununsesi.info