“Türkiyənin Suriya torpaqlarında gözü yoxdur” -Ərdoğan

Türkiyənin Suriya torpaqlarında gözü yoxdur. Suriya xalqı bizim qardaşımızdır.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Suriyanın ərazi bütövlüyü bizim üçün önəmlidir. Suriyada atdığımız hər addımı müxtəlif səviyyələrdə Rusiya ilə koordinasiya edirik. Mən də bu məsələni Putinlə danışıram. Soçidəki görüşdə Suriyadakı durum əsas məsələlərdən biri idi. İranla fəaliyyətimizin daha təsirli olmasını istərdik, amma olmadı”,-  Ərdoğan vurğulayıb.

Gununsesi.info