BDU-dakı deputat və məmur ordusu bu ali təhsil ocağından uzaqlaşdırıldı - REKTOR ƏMR VERDİ/ ÖZƏL

  • By admin
  • 25 Avqust 2022 22:00

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil ocağının  tarixində böyük rezonansa səbəb olacaq addım atıb.

Gununsesi.infonun  xəbərinə görə, rektor BDU-da  adı müəllim  kimi işdə gedən deputatları və yüksək vəzifəli şəxsləri bu təhsil ocağından  xaric edib.

Gununsesi.info BDU-dan kənarlaşdırılan həmin deputat və məmurların siyahısını təqdim edir:

Siyahıda BDU-dan uzaqlaşdırılan şəxslər arasında sabiq təhsil naziri Misir Mərdanov, Dövlət Miqrasiya Xidmətinin idarə rəisi general Rza Talıbov, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin deputatları Hicran Hüseynova, Rəfael Hüseynov, Ziyafət Əsgərov, Bəhruz Məhərrəmov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və bir sıra vəzifə sahiblərinin adı var.

 

Gülnar Məmmədli

Gununsesi.info