Rusiyadan xəbərdarlıq: İrəvanın bunu anlaması vacibdir

Ermənistan nəzərə almalıdır ki, AB Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi-siyasi birliyə çevrilir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“İrəvanın AB-nin getdikcə iqtisadi blok modelindən uzaqlaşdığını anlaması vacibdir. Ermənilər hərbi-siyasi birliyə qoşulmağa hazırdırlarmı? Bəlkə, ermənilər də özlərinə eyni sualı verməli olacaqlar”, – o bildirib.

Overçuk qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələrin vacibliyini anlayır və onların kəsilməsi ölkə iqtisadiyyatına təsir edəcək:

“Avrasiya İttifaqı Ermənistanın ən vacib iqtisadi tərəfdaşıdır və yaxın gələcəkdə də belə qalacaq. Bundan əlavə, müşahidə edirik ki, Ermənistan təkcə Rusiya ilə deyil, həm də Aİİ-nin digər üzvləri, xüsusən də Qazaxıstanla əlaqələrini fəal şəkildə inkişaf etdirir. Lakin eyni zamanda, Ermənistanda, o cümlədən ölkə rəhbərliyində AB ilə yaxınlaşmaq istəyən kifayət qədər çox insan var”.

Gununsesi.info