Natiq Cəfərli dövlət idarələrində ixtisarları tənqid etməməsinin səbəbini açıqladı

  • By Admin2
  • 04 Fevral 2026 13:07

Məlumdur ki, son dövrlər dövlət işlərində, ştatlarda ixtisarlar gedir. 

Bu isə birmənalı qarşılanmır. Fəqət nədənsə, bu barədə çox da tənqidlər yoxdur. 

Hətta müxalifət nümayəndələri belə sözügedən məsələ haqqında çox da danışmırlar. 

Real Partiyasının sədri Natiq Cəfərli bu barədə Gununsesi.info-ya danışıb.

O bildirib ki, özü də bunu tənqid etmir:

“Bəli, bu məsələni tənqid etmirəm. Müraciət də edirlər, inciyənlər də olub. Ancaq bunun kökünün bilirəm. Bu. hökumətin əvvəlki illərdə olan səhv siyasətidir. Pul çox idi, ancaq ştatlar açılırdı. Ehtiyac olmasa da, pulumuz çox idi. Neftin qiyməti yüksək idi, kefimiz də kök. Sən demə, məsələn, məlum oldu ki, “SOCAR”-da 55 min işçi var imiş. Azərbaycan Beynəlxaq Əməliyyat şirkətinin 4 min işçisi var, səhv etmirəmsə, “SOCAR”-dan dörd dəfə çox neft çıxardır. Hazırda biz əvvəlki səhvlərin nəticəsini yaşayırıq”, – deyə o qeyd edib.

Orxan

Gununsesi.info