Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü

Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayaraq öldürməkdə təqsirləndirilən Əli Nağıyev dünən gecə həbsdə ölüb.

Gununsesi.info “Qafqazinfo”-a istinadla xəbər verir ki, onun ölüm səbəbi araşdırılır.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi.

Gununsesi.info