Rusiyadan evinə qayıtdı: faciəvi şəkildə öldü

  • By Admin2
  • 10 Yanvar 2026 11:00

Goranboyda 55 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Gununsesi.info xəbər verir ki, Dəliməmmədli şəhəri, M.Əsədov küçəsi ev 10 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Namiq Nemət oğlu İsmayılzadə hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, mərhum həmin gün Rusiyadan Azərbaycana qayıdıb. Evinə çatdıqdan bir müddət sonra hamam otağına girib və dəm qazından boğularaq ölüb.

Gununsesi.info