İran 12 saatdır ki, internetdən istifadə etmir.
Gununsesi.info xəbər verir ki, bu barədə “NetBloks” beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.
“İranda internet bağlantısı normal səviyyənin təxminən 1%-nə düşüb”, – məlumatda deyilib.
Qeyd edək ki, İran rəsmiləri internet məhdudiyyəti barədə məlumat yaymayıblar.
Xatırladaq ki, iqtisadi vəziyyətə görə İranın əksər şəhərlərində kütləvi aksiyalar davam edir.












