Qarın qalınlığı 30 sm-i keçib

  • By Admin2
  • 09 Yanvar 2026 12:30

Moskvada qarın qalınlığı  31 sm-ə çatıb. 

Gununsesi.info bu barədə “RİA Novosti” agentliyinə istinadən məlumat verir.

Məlumata görə, Moskva bölgəsində ən yüksək qar yığınları Çerustidə 48 sm  müşahidə olunub.

Kolomnada qarın qalınlığı 41 sm, Mixaylovskoyedə 38 sm, Pavlovski Posad və Serpuxovda 35 sm, Kaşira və Naro-Fominskdə isə 34 sm-ə çatıb.

Tişkovets əlavə edib ki, qonşu Vladimir vilayətinin bəzi yerlərində qar yığınlarının hündürlüyü 51 sm-ə çatıb. Nijni Novqorodda da eyni rəqəm 57 sm olub.

Meteoroloq xəbərdarlıq edib ki, qar örtüyü artmağa davam edəcək.

Elmar

Gununsesi.info