Rusiyaya aid Teleqram kanallarında “Diqqətli ol, Moskva” başlığı ilə xəbərlər yayılıb.
Gununsesi.info bu barədə “Gazeta.ru”-ya istinadən məlumat verir.
Belə ki, dünən gecədən bəri 10-dan çox uçuş ləğv edilib.
Buraya o cümlədən İstanbul, Bakı, Kalininqrad, Sankt-Peterburq və digər şəhər, ölkələrə uçuşlar daxildir.
Mılumata görə, hazırda Vnukovo hava limanından 45-dən çox, Şeremetyevodan 20-dən çox və Domodedovodan 10-dan çox reys yola düşə bilmir.
Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat katibi Artem Korenyako bildirib ki, Şeremetyevo, Domodedovo, Jukovski və Vnukovo hava limanları gecə yarısı ilə səhər saat 8:00 arasında 135 uçuş və gəliş həyata keçirib. Bu hava limanları hazırda gücləndirilmiş iş rejimində işləyir və əlverişsiz hava şəraitində təyyarələri idarə etmək üçün bütün lazımı avadanlıqlara malikdir.
Qeyd edək ki, yanvarın 9-u səhər saatlarında “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets Moskva və ətraf bölgələrdə güclü qar fırtınası baş verdiyini bildirib. O vurğulayıb ki, Moskvanın cənub bölgəsində son 24 saat ərzində aylıq yağıntının 65%-ə qədəri düşüb.
Bundan əvvəl Moskvada qar yağışı səbəbindən 70-dən çox uçuş təxirə salınmışdı.
Elmar













