
“Rusiyada YouTube-un daha bir analoqu iyunun sonunda təqdim olunacaq”.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Anton Gorelkin bildirib: “YouTube-un digər analoqu ROCIT komissiyasında təqdim olunacaq. Amma hələ ki, 100 faizlik analoq yoxdur”.
Deputat əlavə edib ki, xarici hostinq provayderlərinə və onların resellerlərinə təzyiqi artırmaq lazımdır. O, mövcud təsir tədbirlərini qeyri-kafi adlandırıb:“Bu gün mən Roskomnadzor-a xarici hostinq provayderlərinə təsir göstərmək üçün müxtəlif tədbirlərin nəzərdən keçirilməsi xahişi ilə rəsmi müraciət göndərdim”.
Hal-hazırda Rusiyada üç yerli video hostinq xidməti var – RuTube, VK və Nuum. Onlar Gorelkinin əvvəllər etiraf etdiyi kimi, YouTube ilə rəqabət apara bilməzlər.
Aprelin sonunda Anton Gorelkin bildirmişdi ki, rusların alternativi olduqda YouTube Rusiya Federasiyasında bloklana bilər.
Deputat qeyd edib ki, Rusiya platformaları bir-biri ilə rəqabəti dayandırmalı və “YouTube ilə mübarizə aparmaq üçün” birləşməlidirlər.
Qərb sosial şəbəkələrini və xarici media saytlarını izləyən YouTube-un bloklanması təklifləri Rusiyada müharibə başlayandan dərhal sonra başlayıb. Lakin bu ideya heç vaxt həyata keçirilmədi.
Məlumata görə, administrasiya rəhbərinin birinci müavini, Kreml informasiya blokunun kuratoru Aleksey Qromov bloklamanın tərəfdarıdır. O, informasiya məkanına tam nəzarət tələb edən təhlükəsizlik qüvvələri tərəfindən dəstəklənir.
Bildirilir ki, Sergey Kiriyenkonun rəhbərlik etdiyi prezident administrasiyasının siyasi bloku, eləcə də Nazirlər Kabinetinin bir çox üzvləri buna qarşıdır.
Qeyd edək ki, yanvar ayında rusiyalı YouTube istifadəçiləri platformada videolara baxarkən problemlə üzləşiblər.
Ölkənin yeddi rayonunda xidmətin ləngiməsi halları müəyyən edilib.
Afət
Gununsesi.info