Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.
Gununsesi.org xəbər verir ki, MSK keçmiş millət vəkilinin pozulmuş hüquqları ilə bağlı müraciətinə baxarkən Gülər Əhmədovanın özünün də iclasda iştirak tələbini təmin etməyib. Gülər Əhmədova saytımıza açıqlamasında bildirib ki, bu qərardan narazıdır.
“Dairə Seçki Komissiyasının qərarları ciddi pozuntularla müşayiət olunub. Mən məhkəməyə şikayət edəcəm və mübarizəmi sonacan davam etdirəcəm.
COMMENTS