
Türkiyədə dağ keçisinin etdiyi hərəkət insanların marağına səbəb olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Van şəhərində bir dağ keçisi pəncərə şüşələrini sındıraraq evin içinə girib.
Axşam saatlarında evində çay içən ailə nəyə uğradığını çaş-baş qalıb. Nəsli kəsilməkdə olan keçi ailə üzvləri tərəfindən yaxalanıb. Evdəki əşyalara zərər verməməsi üçün onun ayaqları bağlanaraq aidiyyatı dövlət qurumuna təslim edilib.
İlk dəfə olaraq belə bur halla raastlaşdıqlarını bildirən ailə üzvləri onun itlərdən qorxub-qaçaraq bu addımı ata biləcəyini və ya yolunu azma səbəbindən evlərinə gəldiyini düşünür.
Tərcümə: Arzu Sayadoğlu