Rusiyada koronavirusa yoluxanların sayı açıqlandı

  • By admin
  • 23 May 2021 13:12

Rusiyada son sutka ərzində daha 8951 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Gununsesi.info-nun Rusiyadakı Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 001 505 nəfərə çatıb.

Son sutka ərzində 357 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 118 482 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

   Gununsesi.info