SON DƏQİQƏ: Sedat Pekerin qardaşı saxlanıldı

Türkiyə polisi Muğla vilayətində əməliyyat keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Son Dakika” məlumat yayıb.

Bildirilir ki, cinayətkar təşkilatın lideri Sedat Pekerin qardaşı Atilla Peker və yaxını Yunus Olcay Fethiye rayonunda şəxsi villada saxlanılıblar.

Qeyd edilib ki, Muğla Vilayət Təhlükəsizlik Müdirliyi, Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən Fethiye Baş Prokurorluğundan məhkəmə axtarış icazəsi istənilib. Tələbə əsasən verilən qərar çərçivəsində bu gün günorta saatlarında Atilla Pekerin avtomobilində aparılan axtarış nəticəsində 1 sənədsiz tapança və 2 mərmi ələ keçirilib.

Gununsesi.info