İranda kimyəvi maddələr zavodunda güclü partlayış olub

  • By admin
  • 23 May 2021 18:49

İranın İsfahan şəhərində yerləşən kimyəvi maddələr və fişəng istehsalı üzrə ixtisaslaşmış müəssisədə partlayış baş verib.

Hadisə barədə “Mehr” informasiya agentliyi məlumat yayıb.

Məlumata əsasən, partlayış nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

“Kimya zavodundakı partlayışın səbəbləri araşdırılır. Xəsarət almış 9 nəfər xəstəxanaya yerləşdirilib”, – deyə yerli təcili yardım xidmətinin məbuat katibi Abbas Abədi bildirib.

Gununsesi.info