Tehranda İsveçrə səfirliyinin əməkdaşı öldü – FOTO

Tehranda İsveçrə səfirliyinin əməkdaşı bədbəxt hadisənin qurbanı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Belə ki, səfirlik əməkdaşı hündürmərtəbəli binadan yıxılaraq həlak olub.

Səfirliyin yerləşdiyi binanın 18-ci mərtəbəsində yaşayan 51 yaşlı qadının ölümü ilə bağlı digər detallar açıqlanmayıb.