Rusiyada İslam bankçılığı dönəmi başladı – 4 bölgədə işə başlayacaq

  • By arzu
  • 01 Sentyabr 2023 18:33

Rusiyada İslam bankçılığı proseduru başladılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İslami üsullarla iş görəcək banklar Rusiyanın 4 bölgəsində sınaqdan keçiriləcək.

Artıq bununla bağlı qanun qüvvəyə minib.

Eyni banklar Tatarıstan, Çeçenistan, Dağıstan və Başqırsıtanda fəaliyyət göstərəcək.

İslami bankçılığın, digər adı ilə iştirak bankçılığının “qanuni sınaq müddəti” başlayıb.

Qanuna əsasən, sınaq prosesi 1 sentyabr 2025-ci ilədək davam edəcək.

Rusiya Mərkəzi Bankı prosesin tətbiq edildiyi bölgələrin siyahısını genişləndirmə səlahiyyətinə sahib olacaq.

Sınaq prosesinə qatılacaq qurumlar, iştirakçı bankçılığına yönələn işlər görərkən, ödəniş faizi bəlli etmə, tütün və alkoqol emalı, silah-sursat kimi məhsullardın ticarətinə və qumarla bağlı fəaliyyətləri maliyyələşdirmə haqqına sahib olmayacaq.

Rusiyada müsəlmanların toplam əhali sayına nisbətdə qarşıdakı 10 il içində 30 faiz artacağı gözlənilərkən, İslam bankçılığı populyarlıq qazanır.

“Sberbank” Prezidentinin köməkçisi oleq Qaneev açıqlamasında İslami ekosistem bazarının qlobal ölçüdə 7,7 trilyon dollar dəyərinə çatmasını gözlədiklərini söyləyib.

 

Tərcümə: Arzu 

Gununsesi.info