Rusiya Dövlət Dumasının millət vəkili İnessa Muradovanın köməkçisi oğurluq faktı ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib.
Gununsesi.org Rusiya KİV-nə istinadən xəbər verir ki, o, polisə müraciətində mənzilindən qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Qadının sözlərinə görə, sapfir, mirvari, brilliantlardan ibarət qızılları gödəkçəsinin cibindən götürülüb.
Onların ümumi dəyəri 3 milyon rubl olub. Polis araşdırmalara başlayıb.
Gununsesi.org
COMMENTS