Rusiyanın Kemerovo vilayətinin Kisilyovsk şəhərinin eks-meri Sergey Lavrentyev evində güllələnib.
Gununsesi.org-un məlumatına görə, bu barədə “İnterfaks” xəbər verib.
Qətl hadisəsi Yuxarı Çumış kəndində baş verib. Qeyd edilir ki, Lavrentyev cinayətkarlardan yalnız birinə atəş açmağı çatdırıb. Bununla da, eks-merə hücum edən şəxslərdən biri ölüb, digərləri gizlənib. Qətli törədən şəxslərin axtarışlarına başlanılıb.
Qeyd edək ki, Sergey Lavrentyev 16 il Kisilyovskun meri olub. O, postu öz istəyi ilə 2018-ci ildə tərk edib.
Gununsesi.org
COMMENTS