Hüseyn Məlik yenidən həbs olundu

  • By ilhame
  • 10 Oktyabr 2023 20:38

Azərbaycan Demoktatiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun (ADR) müşaviri Hüseyn Məlik yenidən həbs edilib.

Gununsesi.info-nun məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmə) maddələri ilə təqsirli bilinib.

H.Məlik Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs edilib.

Qeyd edək ki, R.Məlikə 3 ay əvvəl də 20 sutka inzibati qaydada həbs cəzası verilmişdi.

Gununsesi.info