Rusiya Xarkovu atəşə tutdu: 38 nəfər yaralandı

Rusiya Xarkov vilayətinin Pervomayskiy şəhərini atəşə tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

HTML tutorial

Hadisə nəticəsində 38 nəfər yaralanıb.

Bildirilib ki, yaralananlar arasında biri üç aylıq körpə olmaqla 12-si uşaqdır.

Həmçinin, Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermakın sözlərinə görə, Rusiya əraziyə yüksək partlayıcılıq qabiliyyəti olan mərmi atıb.

Gununsesi.info