Rişi Sunak: İsrailin qanunsuz məskunlaşdırmalarına qarşıyıq

  • By arzu
  • 04 İyul 2023 23:24

İngiltərənin Baş naziri Rişi Sunak işğal altındakı Qərbi Şəriənin Cenin bölgəsinə hücum gerçəkləşdirən İsrailə “mülki vətəndaşların qorunması” çağırışı edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ingilis parlamentinin Əlaqə Komitəsində deputatların suallarını cavablandıran Sunak ölkəsinin İsrailin “qanuni müdafiə haqqını” dəstəklədiyini, ancaq mülki vətəndaşların qorunmasının hər şeydən önəmli olduğunu söyləyib.

HTML tutorial

Netanyahu ilə danışığında Rişi Sunak ingilis hökumətinin İsrailin qanunsuz məskunlaşmaları genişlətməsinə qarşı olduqlarını açıq şəkildə dəfələrlə ona bildirdiyini söyləyib.

 

Tərcümə: Arzu

Gununsesi.info