
Xüsusi hərbi əməliyyat zamanı Rusiya ordusu Ukraynanın 1500-dən çox tankını, 150-dən çox reaktiv yaylım atəşi sistemini məhv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov deyib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 236 pilotsuz uçuş aparatı, 185 zenit-raket kompleksi, 1547 tank və digər zirehli döyüş maşını, 154 reaktiv yaylım atəşi sistemi, 612 artilleriya silahı və minaatan, o cümlədən 1343 ədəd xüsusi təyinatlı hərbi maşınlar məhv edilib”, – deyə Konaşenkov brifinqdə bildirib.
Gununsesi.info