
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistin tammiqyaslı əməliyyatdan sonra Putinin Ukraynada məqsədlərinə çatması ilə bağlı sualını cavablandırıb.
Gununsesi.info xəbər verir ki, o, bu barədə CNN-ə danışıb.
“Yaxşı, ilk növbədə, hələ yox. Hələ çatmayıb”, – Peskov bildirib.
Peskov iddia edir ki, Rusiyanın Ukraynadakı əməliyyatı əvvəlcədən müəyyən edilmiş plan və məqsədlərə ciddi şəkildə uyğundur.
Gununsesi.info