
Keçmiş dövlət katibi, ABŞ prezidentliyinə keçmiş namizəd, 74 yaşlı Hillari Klinton koronavirusa yoluxub.
Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə özü məlumat verib.
O bildirib ki, o, COVID-19 üçün test verib və nəticəsi pozitiv çıxıb. Hazırda xəstəliyin yüngül simptomlarını yaşayır.
Klinton əlavə edib ki, 1993-2001-ci illərdə bu postu tutan əri, ABŞ-ın 42-ci prezidenti Bill Klinton da koronavirus testindən keçib, lakin onun nəticəsi mənfi olub.
Ağ Evin keçmiş rəhbəri ehtiyat tədbiri olaraq müvəqqəti olaraq özünü təcrid edir.
Gununsesi.info