
Sığınacaq kimi istifadə edilən Kiyev metrosunda bu günə olan məlumata görə, 15 minə qədər insan var.
Gununsesi.info xəbər verir ki, bu barədə Kiyev Metropoliteninin rəhbəri Viktor Braqinski məlumat verib.
“Metro müharibənin ilk günündən həm nəqliyyat, həm də sığınacaq kimi fəaliyyət göstərir. Stansiyalarda su, sanitar qovşaq var. Ərzaq və imkan daxilində dərmanlar da gətirilir. Bir çox insanın qayıtmağa yeri yoxdur. Bunlar minlərlə insandır. Bu, mübaliğə deyil. 15 minə qədər Kiyev sakini gizlənir. İnfrastruktur 100 min nəfər üçün nəzərdə tutulub”. dedi.
Gununsesi.info