
Kür çayı artıq Xəzər dənizinə qovuşub.
Gununsesi.info xəbər verir ki, bu barədə Neftçala rayon sakinləri Report-a məlumat veriblər.
Onların bildirdiyinə görə, nəticədə dünəndən etibarən Kür çayının suyu dənizə tökülür və su şirinləşib. Son günlər Kür çayının aşağı axınında yerləşən Salyan və Neftçala rayonlarında suyun səviyyəsi 1 metr qalxıb.
Qeyd edək ki, bu ayın əvvəlindən Kür çayında su azalıb, Salyan və Neftçala rayonunun bəzi yerlərində tamamilə qurumuşdu.
Gununsesi.info