Rusiya səfiri Navalnının ölümünə görə Almaniya XİN-ə çağırıldı

Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirini Kremlin tənqidçisi Aleksey Navalnının Rusiya həbsxanasında ölməsi xəbərləri ilə əlaqədar çağırıb.

Gununsesi.info-nun xəbərinə görə, Xarici İşlər Nazirliyinin sözçüsü Berlində bildirib ki, Navalnıya və digər müxalifətçilərə qarşı “siyasi motivli məhkəmələr” və “qeyri-insani həbsxana şəraiti” “Rusiya ədliyyə sisteminin dissidentlərə qarşı necə qəddar davrandığını” nümayiş etdirir.

“Rusiyada insanların Navalnının xatirəsinə gül dəstələri qoyarkən həbs edilməsi şok edicidir”, XİN rəsmisi bildirib.

Almaniya və digər Avropa İttifaqı (Aİ) ölkələri də Navalnının ölümündən sonra Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək istəyir. “Ciddi insan haqları pozuntularını cəzalandırmaq üçün Aİ-nin xüsusi sanksiya alətindən istifadə edilməlidir, Almaniyanın xarici işlər naziri Annalena Berbok Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasının əvvəlində deyib.

Bu alətdən artıq Navalnının həbsinə görə Rusiya rəsmilərini cəzalandırmaq üçün istifadə olunub. Müvafiq şəxslərin Aİ-dəki hesabları və digər aktivləri dondurulub. Bundan əlavə, onlara artıq Aİ-yə daxil olmaq və ya Aİ vətəndaşları ilə iş görmək icazəsi verilmir.

Həbsdə olan Rusiya müxalifət liderinin həyat yoldaşı Yuliya Navalnaya onun ölüm xəbərindən sonra Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edir.

Gununsesi.inf