
Əfqanıstanın Nuristan və Pəncşir əyalətlərində güclü qar yağmasından sonra baş verən sürüşmə və uçqunlar nəticəsində ümumilikdə 27 nəfər həyatını itirib.
Gununsesi.info bildirir ki, bu barədə Əfqanıstan müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin mətbuat katibi Molla Canan Saik açıqlama verib.
Saik Nuristan əyalətində gecə boyu yağan güclü qarın Nurqram rayonundakı Tetrin vadisində sürüşmə və uçqunlara səbəb olduğunu bildirib.
Təbii fəlakət nəticəsində bir çox evin uçqun və torpaq altında qaldığını bildirən Saik, 25 nəfərin cəsədini tapdıqlarını, 8 nəfərin isə yaralandığını bildirib.
Digər tərəfdən, Pəncşir vilayətində baş verən qar uçqunu nəticəsində 2 mədən işçisi ölüb, 1 işçi isə yaralanıb.
Gununsesi.info