Həbsdəki icra başçısı vəfat etdi

Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 9 il azadlığdan məhrumetmə cəzasına məhkum olunmuş Ağstafa Rayon icra hakimiyyətinin  keçmiş başçısı Nizaməddin Quliyev Gəncədəki 2 saylı istintaq təcridxanasında vəfat edib.

Gununsesi.info-nun xəbərinə görə, Penitensiar Xidmət də sabiq icra başçısının vəfat xəbərini təsdiq edib.

Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilmişdir.

O, rüşvət almaq, mənimsəmək və bir sıra cinayətlərdə ittiham olunurdu.

Gununsesi.info