
“NATO-nun aparıcı ölkələrinin aqressiv bəyanatları əsassızdır”.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov keçirdiyi brifinqdə deyib.
“Ehtimal edilən toqquşmalar barədə müxtəlif fikirlər səsləndirilir. Bu, qəbuledilməzdir”, – o bildirib.
Peskov NATO ilə birbaşa toqquşma ehtimalı barədə sualı isə cavablandırmaqdan imtina edib.
Gununsesi.info