
Böyük Britaniya Moskvanın maliyyə institutlarının Qərb bazarları ilə əlaqəsini kəsmək üçün son addım olaraq, Rusiya Mərkəzi Bankının iştirakı ilə əməliyyatlara qadağa qoyub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, tədbirlər həmçinin, Britaniya maliyyə institutlarına Rusiyanın Maliyyə Nazirliyi və onun Suveren Sərvət Fondu ilə əməliyyatları qadağan edəcək. Rəsmilər bunun Rusiya şirkətlərinin Böyük Britaniyada köçürülə bilən qiymətli kağızlar və pul bazarı alətləri buraxmasının qarşısını alacağını bildiriblər.
Yeni sanksiyalara həmçinin Rusiya maliyyə institutlarına qarşı əlavə məhdudiyyətlər, ticarət məhdudiyyətlərinin gücləndirilməsi tədbirləri və bəzi bankların “Böyük Britaniya vasitəsilə Sterlinqə daxil olmasının və ödənişlərin klirinqinin” qarşısının alınmasına yönəlmiş addım daxildir.
Gununsesi.info