Rusiya paytaxtında COVID-19 və diagər xəstəliklərlə bağlı diaqnoz qoyulmuş daha 34 nəfər dünyasını dəyişib.
Gununsesi.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə Moskvada yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bununla da şəhər ərazisində koronavirusdan ölənlərin sayı 729-a çatıb.
Qeyd edək ki, Rusiyada son sutkada 9623 nəfər koronavirusa yoluxub, bununla da yoluxanların ümumilikdə sayı 124 054-ə çatıb. İndiyədək ölkədə 1222 nəfər bu ölümcül virusun qurbanına çevrilib, 15 013 nəfər isə sağalıb.
Gununsesi.org
COMMENTS