
Xəzər dənizinin Dağıstan sahillərində 2500-ə yaxın suiti cəsədi tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Teleqram kanalında məlumat yayıb.
Qeyd olunub ki, suitilər Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib.
Ölən heyvanların sayının hesablanması davam edir.
“Bu, son on ildə Xəzər suitilərinin ən kütləvi tələfatıdır. Səbəblər ölmüş heyvanların patoloji materialının laboratoriya tədqiqatlarından sonra müəyyən ediləcək”, – məlumatda qeyd olunur.
Xatırladaq ki, ötən gün Dağıstan sahillərində 700 suiti meyiti aşkarlandığı bildirilmişdi.
Gununsesi.info