
Böyük Britaniyanın Baş naziri Boris Conson sabah Polşa və Estoniyaya səfər edəcək.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə “Downing Street”dən verilən məlumatda deyilir.
“Baş nazir Ukraynada gərginləşən münaqişə ilə bağlı danışıqlar üçün martın 1-də Polşa və Estoniyaya səfər edəcək”, – deyə məlumatda deyilir.
Qeyd edək ki, bu gün NATO Baş katibinin Polşa və Estoniyaya səfər edəcəyi açıqlanıb.
Boris Consonun Britaniyanın müttəfiqləri və NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşəcəyi bildirilib.
Gununsesi.info