
Avstriyanın paytaxtı Vyanada hava limanında bir avtomobil Türk Hava Yollarının İstanbula uçmağa hazırlaşan təyyarəsinə çırpılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
Məlumata görə, uçuş zolağında olan avtomobil güclü külək səbəbindən sürüklənərək təyyarəyə çırpılıb.
Hadisə nəticəsində təyyarəyə zərər dəyib. Sərnişinlərin başqa təyyarə ilə İstanbula göndəriləcəyi bildirilib.
Gununsesi.info