
Rusiya Jurnalistlər İttifaqı azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində həlak olmaları ilə əlaqədar başsağlığı verib.
Gununsesi.info xəbər verir ki, təşkilatın saytında yerləşdirilmiş başsağlığı mətnində deyilir:
“Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalist həlak olub. Partlayış nəticəsində iki həmkarımız – telekanalın operatoru Sirac Abışov və AzərTAc informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov həlak olublar.
Rusiya Jurnalistlər İttifaqı həlak olanların doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir”.
Gununsesi.info