Millimiz Moldovaya məğlub olur 

Səfərdə Moldova millisi ilə qarşılaşan yığmamız ilk hissəni məğlub bitirib.

Gununsesi.info xəbər verir ki, qarşılaşmanın 8-ci dəqiqəsində Vitali Damaşkan ev sahiblərini hesabda önə çıxarıb.

İlk hissədə başqa qol vurulmayıb.

Hazırda oyunda ikinci hissə davam edir.

xxx

20:47

Səfərdə Moldova millisi ilə qarşılaşan yığmamız ilk hissəni məğlub bitirib.

Gununsesi.info xəbər verir ki, qarşılaşmanın 8-ci dəqiqəsində Vitali Damaşkan ev sahiblərini hesabda önə çıxarıb.

İlk hissədə başqa qol vurulmayıb.

xxx

20:09

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb.

Gununsesi.info xəbər verir ki, yığmamız Kişinyovda Moldova millisi ilə qarşılaşır.

Qarşılaşmanın 8-ci dəqiqəsində Damaşkan ev sahiblərini hesabda önə çıxarıb.

xxx

20:00

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb.

Publika.az xəbər verir ki, yığmamız Kişinyovda Moldova millisi ilə qarşılaşır.

Oyuna start verilib.

xxx

19:13

Yoldaşlıq görüşündə üz-üzə gələcək Moldova və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Gununsesi.info xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

Moldova: 23. Kristian Avram, 3. Vadim Boloqan, 5. Vyaçeslav Posmak, 4. İqor Armaş (kap.), 15. İon Jardan, 22. Vadim Ratsa, 18. Kristian Dros, 17. Aleksandr Belousov, 14. İqor Kostrov, 20. Sergey Pletike, 9. Vitali Damaşkan

Azərbaycan: 23. Mehdi Cənnətov, 18. Anton Krivotsyuk, 4. Höccət Haqverdi, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (kap.), 3. Azər Salahlı, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 7. Namik Ələskərov

Qeyd edək ki, Kişineudakı “Zimbru” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

xxx

08:36

Futbol üzrə Azərbaycan millisi bu gün təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirəcək.

Gununsesi.info xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Moldova yığmasının qonağı olacaq.

Kişineudakı “Zimbru” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu, iki kollektiv arasında sayca 11-ci görüş olacaq. İndiyədək baş tutan 10 oyunun 8-i yoldaşlıq, 2-si isə dünya çempionatının seçmə mərhələ matçlarına təsadüf edib. Bu qarşılaşmaların üçündə Moldova, ikisində Azərbaycan millisi qələbə qazanıb. Beş görüşdə qalib müəyyənləşməyib.

Hazırda rəqib komandaya “Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin rəhbərlik edir.

6 iyun

Yoldaşlıq oyunu

20:00. Moldova – Azərbaycan

Kişineu, “Zimbru” stadionu

Qeyd edək ki, daha əvvəl Alanyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzan Azərbaycan millisi ardınca Minskdə Belarusu eyni hesabla məğlub edib.

Gununsesi.info