
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, Hadisə rayonun Həzi Aslanov küçəsində baş verib. Belə ki, “Range Rover” markalı avtomobil hərəkətdə olan “VAZ 2106” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Range Rover” markalı avtomobil yol kənarındakı hasara çırpılıb və aşıb.
İlkin məlumata əsasən, qəza zamanı 2000-ci il təvəllüdlü Tovuz rayon sakini İsmayılov Orxan Mehdi oğlu və daha iki nəfər xəsarət alıb. Yaralılardan ikisi Tovuz rayon Mərkəzi Xəstəxanasına, daha bir nəfər isə Gəncə şəhərinə aparılıb.
Hər üç yaralı “VAZ 2106” markalı avtomobildə olub. Faktla bağlı araşdırma başladılıb.
Gununsesi.info