
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Təhlükəsizlik Şurasından ABŞ-ın Ukraynadakı bioloji hərbi fəaliyyətini müzakirə etmək üçün bu gün toplaşmağı xahiş edib.
Gununsesi.info xəbər verir ki, ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin sözçüsü Oliviya Dalton isə Rusiyanın ABŞ-ın Ukraynada bioloji hərbi fəaliyyət göstərməsi ilə bağlı iddialarını təkzib edib.
O bildirib ki, Rusiya yalana cəhd edir:
“Bu, Rusiyanın bioloji və ya kimyəvi silah hücumuna haqq qazandırmaq cəhdi ola bilər. Biz Rusiyanın dünyanı manipulyasiya etməsinə və dezinformasiyasına inandırıcılıq qatmaq üçün BMT Təhlükəsizlik Şurasından sui-istifadəsinə imkan verməyəcəyik”.
Qeyd edək ki, Rusiyanın tələbinə uyğun olaraq, gün ərzində BMT TŞ-nin iclasının keçiriləcəyi gözlənilir.
Gununsesi.info