Onun itkisi Azərbaycanın itkisidir

  • By admin
  • 11 Mart 2022 19:33

Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli Azərbaycanın görkəmli ziyalısı Rüstəm İbrahimbəyovun itkisi haqqında özünün sosial şəbəkə hesabında qeydlər yazıb.

Həmin yazını təqdim edirik:

Ziyalılıq nə deputat mandatına, nə də AMEA üzv olmaqla müəyyən olunmur.
Ziyalılıq dərin baxışlı insanlara aid üstünlükdür. O insanlar ki, öz cəmiyyətinin qayğısına biganə deyil, ən ali tribunadan hökumətləri qarşısında onun problemlərini səsləndirir, çıxış yolu göstərirsə, əsl ziyalıdır.
O ziyalını hörmətdən artıq edən, onu xalqının qəlbində daha çox sevdirən əməli isə bəzən özünün rahat həyatını xalqı naminə təhlükəyə atmasıdır.
Rüstəm İbrahimbəyov da belələrindən idi.
Mən qürur hissi keçirirəm ki, belə bir möhtəşəm insan tərəfindən dəyərləndirilmişəm.
Rüstəm bəy mən qanunsuz həbsdə olduğum zamanlar dəfələrlə hökumətdən mənə azadlıq tələb edib.

Onun itkisi Azərbaycanın itkisidir.
Nə yaxşı ki, bu möhtəşəm insanı tanımışam, əlini sixmışam!

P.S. Onun mənimlə bağlı bir açıqlamasının linkini paylaşıram!

 

Gununsesi.info