
Rusiya hava hücumundan müdafiə sistemləri Rusiyanın Belqorod vilayəti üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə saat 09.00 radələrində baş verib. Rusiya ərazisində hədəflərə hücum etmək üçün təyyarə tipli drondan istifadə edilib.
“Ukraynaya məxsus pilotsuz uçuş aparatı Belqorod vilayətində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – deyə nazirliyin açıqlamasında bildirilir.
Bundan əvvəl vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, səhər saatlarında Qrayvoronski şəhər rayonunun Kozinka kəndi Ukrayna Silahlı Qüvvələrinin atəşinə tutulub. “Mərmilərdən biri fərdi yaşayış binasının damını deşib”, – deyə rayon rəhbəri öz Telegram kanalında yazıb.
Bu arada, Rusiya mətbuatının yazdığına görə, paytaxtın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında ən azı 20 reys gecikib, daha 8 reys isə ləğv edilib.
Moskva vaxtı ilə saat 9.14-ə olan məlumata görə, Vnukovoda 4 reys gecikib, yeddisi ləğv edilib, Domodedovoda doqquz reys gecikib, Şeremetyevoda yeddi reys gecikib, biri ləğv edilib.
Səid Əhmədli
Gununsesi.info