Matəm günləri təqvimdən çıxarılsın - Deputatdan təklif

“Azərbaycanda matəm günləri təqvimdən çıxarılmalıdır”.

Gununsesi.info xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin payız sessiyasının oktyabrın 2-də keçirilən ilk plenar iclasında çıxış edib.

O bunu Azərbaycanın qalib ölkə olması ilə əlaqələndirib: “Artıq yeni dövrə başlamaq lazımdır”.

Deputat xatırladıb ki, Azərbaycanda iki sülhməramlı qüvvə var:

“Biri Rusiya sülhməramlılarıdır, ikincisi isə Bakıda oturan Kanadanın, ABŞ-ın, nə bilim haranın qüvvələridir. İndi onlar Rusiya sülhməramlılarına qarşı mübarizə aparırlar. Rusiya sülhməramlıları lazım olan anda ölkəmizdən çıxacaqlar”.

 

Gununsesi.info